Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mülki Məcəlləyə və banklarla bağlı qanuna dəyişiklik edilir
Bu gün Milli Məclisin (MM) 2018-ci il payız sessiyası çərçivəsində növbəti iclası keçirilir.
Oxu.Az-ın xəbərinə görə, iclasın gündəliyində 17 məsələ var.
İclasda Mülki Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə MM-in iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O qeyd edib ki, məcəlləyə dəyişiklik “Banklar haqqında” qanuna nəzərdə tutan dəyişiklikləri özündə ehtiva edir.
Yəni, dəyişikliklərə əsasən, Azərbaycanda bankların Müşahidə Şurası (MŞ) üzvlərinin səlahiyyət müddəti üç ilə qədər aşağı salınıb.
Dəyişiklikdə göstərilir ki, MŞ üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən üç ildən çox olmayan müddətə təyin ediləcək.
Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, bu müddət dörd ildir.
Qeyd edək ki, Bankın MŞ Şurası üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı MŞ üzvləri sırasından sədr təyin edir. MŞ üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əməkhaqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.
Digər dəyişikliklərlə, bankların İdarə Heyəti (İH) üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən üç ildən çox olmayan müddətə təyin edilirlər. Hazırda qüvvədə olan qanuna əsasən, bu müddət dörd ildir.
Qeyd edək ki, İH üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərdə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İH üzvlərindən birini sədr təyin edir. İH sədrinin səlahiyyətləri İH-nin əsasnaməsində müəyyən edilir.
Banklarda MŞ-nın səlahiyyətləri artırılır.
Dəyişikliyə görə, Audit Komitəsinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, MŞ tərəfindən təyin olunacaq.
Qanunun 25.15.1-ci maddəsinə edilən əlavəyə əsasən, MŞ Bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək imkanı əldə edəcək. Digər dəyişikliyə əsasən, Audit Komitəsinin üzvləri də dörd il deyil, üç il müddətinə təyin olunacaq.
Onu da qeyd edək ki, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər. Qanun layihəsi müzakirələr açılmadan ikinci oxunuşda qəbul edilib.
“Banklar haqqında” qanuna eynimahiyyətli dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?