14 mart İlaxır çərşənbə günü Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması və əhalinin maliyyə biliklərinin artırılması məqsədi ilə “Park Bulvar” ticarət mərkəzində tədbir təşkil olunmuşdur. “Expressbank”ın əməkdaşları tədbirdə iştirakçı qismində çıxış edərək müştəriləri Torpaq çərşənbəsi münasibəti ilə təbrik etmiş, “Expresso” və digər kart məhsulları haqqında ətraflı məlumat vermişlər.
Xatırladaq ki, “Expressbank”ın plastik kartları nağdlaşdırma zamanı tətbiq olunan sərfəli komissiyalar və plastik kartların əldə edilməsi üzrə tariflərinə görə xüsusilə seçilirlər. Məhz bu səbəbdən təqdimat müştərilərin böyük marağına səbəb olmuş və müştərilər onlayn qaydada “Expressbank” kartlarını sifariş etmişlər.
“Expressbank”ın təqdim etdiyi plastik kartlar sırasında “Expresso” xüsusi yer tutur. Belə ki, “Expresso” kart – debet, güzəşt müddətli kredit, depozit, “cash back”, təmassız kart, sərbəst dizayn seçimi funksiyalarının özündə cəmləşdirən unikal bank kartıdır.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
E.Ə.
www.oxu.az