Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naftalanda yeni neft quyuları qazılacaq
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Naftalan rayonunda yeni neft quyuları qazmağı planlaşdırır”.
“Report” xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Xaliq Məmmədov Naftalanda keçirilən “Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” beynəlxalq elmi-praktik konfransında bildirib.
“Naftalan neftinin əhəmiyyətini nəzərə alaraq yatağın perspektivinin gücləndirilməsi üçün prezidentin tapşırığı ilə şirkətimiz xüsusi proqram hazırlayıb. Həmin proqramla yeni quyuların qazılması nəzərdə tutulur. İlk belə quyunun 2023-cü ildə 3,5 min dərinlikdə qazılması nəzərdə tutulub”, - deyə o qeyd edib.
X.Məmmədovun sözlərinə görə, Naftalan neft yatağının ilkin balans ehtiyatı 1,165 milyon ton, ilkin çıxarılabilən ehtiyatı isə 117 min ton həcmində qiymətləndirilib. Bunun da 52%-i mənimsənilib. Hazırda qalıq balans ehtiyatı 1,109 milyon ton, qalıq çıxarılan bilən ehtiyat isə 61 min tondur. Burada quyuların sayı 94, istismarda olan quyuların sayı isə 32-dir.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
- "SOCAR Petroleum" yanacağa suyun qatılması iddiasına aydınlıq gətirib
- Şuşada SOCAR brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib
- İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq
- Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı