Türkiyə hökumətinin Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq etməsi bazara 100% təsir edəcək.
Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov bildirib.
“Əvvəllər Türkiyəyə səfər etmək arzusunda olan azərbaycanlı vətəndaşlar vizanı təyyarə biletini alan vaxtı, yəni hava limanında alırdılar. Amma yeni qərara görə isə onlar bir neçə dəfə səfirliyə müraciət etməlidirlər. Bu isə vaxt aparan proses olacaq. Elə bu səbəbdən də, qonşu ölkəyə gedənlərin sayında azalma olacaq”, - deyə N.Bağırov qeyd edib.
O həmçinin vurğulayıb ki, əvvəllər vətəndaşlar elə viza məsələləri ilə bağlı Avropa ölkələrinə deyil, Türkiyəyə səyahətə üstünlük verirdilər.
Qeyd edək ki, Türkiyə hökumətinin yeni qərarı 2016-cı ilin iyunun 1-dən qüvvəyə minəcək.
Ülviyyə R. Əli
www.oxu.az