Vahid elektroenerji bazarı 300 milyon istehlakçını əhatə edə bilər.
Oxu.Az abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı Xəzər-Avropa klubunun iclasında (CEİBC) energetika naziri Natiq Əliyev verib.
Nazir qeyd edib ki, Azərbaycan, Rusiya və İran enerji sistemlərinin paralel layihələri və Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü regional enerji təhlükəsizliyini təmin edəcək.
“Azərbaycan şəxsi enerji təhlükəsizliyini təmin edib və real imkanların artması sayəsində bütün regionda enerji təhlükəsizliyini təmin edə bilər”- deyə nazir əminliklə qeyd edib.
Əgər Azərbaycan layihələri realizə olunsa, 300 milyon istehlakçısı olan vahid elektroenergetik bazarı meydana gələcək.
Bu gün Azərbaycanın enerji sisteminin gücü 7 min meqavatdır.