2015-ci il iyulun 1-nə olan tarixə, Naxçıvan Muxtar Respublikasına 224,8 kilometr məsafədə içməli su və 218,9 kilometr məsafədə kanalizasiya xətləri çəkilib.
Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib.
Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində ümumilikdə 546,1 kilometr məsafədə içməli su və 333,9 kilometr məsafədə kanalizasiya xətləri çəkilib.
Qeyd edək ki, Muxtar Respublikada içməli su və kanalizasiya xətlərinin çəkilişi, 19 subartezian quyusunun tikintisi üzrə işlər davam etdirilir.
Ülviyyə R. Əli
www.oxu.az