Muxtar Respublikada cari ilin dörd ayında (yanvar-aprel) 584 milyon manatlıqdan çox ümumi daxili məhsul istehsal olunub.
Bu da 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,3 faiz çoxdur.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in sahə strukturunda ilk yeri sənaye sahəsi tutub.
Muxtar Respublika üzrə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,8 faiz artaraq 1339,7 manata çatıb.