“Qalmaz” yatağındakı 630 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın II horizontuna qazılıb.
Quyuya sutkalıq 240 000 kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.
Gülnarə Zeynalova
www.oxu.az