Mayın 31-i Aleksey Rıbnikov və onun məşhur teatrı Heydər Əliyev Sarayında “Yunona və Avos” (“Юнона и Авось”) əfsanəvi rok-operasını bakılı tamaşaçılara təqdim edəcək.
Oxu.Az Day.Az-a istinadla xəbər verir ki, operanın müəllifləri görkəmli rus bəstəkarı, əməkdar artist A.Rıbnikov və şair A.Voznesenskidir.
Qeyd edək ki, “Yunona və Avos” rok-operanın ilk premyerası 1981-ci ildə keçirilib. 30 ildən çoxdur ki, səhnələşdirilən tamaşa hər dəfə eyni anşlaqla qarşılanır.