Naxçıvan Muxtar Respublikasının (MR) 2016-ci ildə elm, səhiyyə, müdafiə, mədəniyyət, təhsil sahələrinə ayırdığı xərclərin məbləği açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı Fərmanda deyilib.
Belə ki, MR-in dövlət büdcəsindən elmə 4 milyon 909 min 315 manat, mədəniyyət və incəsənət sahəsinə 9 milyon 443 min 287 manat, müdafiə 9 milyon 779 min 234 manat, təhsil 82 milyon 759 min 682 manat, səhiyyə 34 milyon 206 min 684 manat vəsait ayrılıb.
Ülviyyə R. Əli
www.oxu.az