"Azərbaycan və Özbəkistan 2030-cu ilə qədər illik ticarət dövriyyəsinin dəyərinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edib".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.
Onun sözlərinə görə, bu hədəfə çatmaq yalnız ticarətlə deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür: "Bu istiqamətdə bir sıra addımlar atılır".
Nazir həmçinin deyib ki, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir:
"Bu ilin 5 ayında Özbəkistanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon ABŞ dollarını ötüb".