"Pay torpaqları sahəsi olduqca kiçikdir, bu, bir reallıqdır. Biz buradan çıxış edərək işlərimizi qurmalıyıq".
Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.
O bildirib ki, Azərbaycanda fermerlərin birgə fəaliyyətinə, hansısa formada torpaqların birləşdirilərək məhsul istehsalına nail olmağa çalışmalıyıq:
"Azərbaycan inkişaf etdikcə kənd təsərrüfatında məşğul əhali sayı azalacaq. Azərbaycanda süni zəkanın məşğulluğa təsirindən daha çox, ortadakı boşluğu aradan götürməsinə inanıram".
Mərahim Nəsib