Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir: "Azərbaycanın prioritet vəzifəsi - rəqabətqabiliyyətli sənaye bazasının yaradılmasıdır"
"Azərbaycanın prioritet vəzifəsi - rəqabətqabiliyyətli sənaye bazasının yaradılmasıdır".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda daşınmaz əmlaka korporativ və özəl investisiyaların imkanlarına həsr olunmuş "Sea Breeze Investment Forum" ikinci investisiya forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, dövlətimizin əsas vəzifəsi iqtisadiyyatı şaxələndirməkdir:
"Əldə edilmiş nailiyyətlər əsasən Azərbaycanın karbohidrogen və enerji ehtiyatlarının işlənilməsi sahəsində aparılan uğurlu siyasət nəticəsində mümkün olub. Son on ildə bizim prioritet vəzifəmiz ölkə iqtisadiyyatını şaxələndirmək, rəqabətqabiliyyətli sənaye bazasını yaratmaq, xidmət sektorunu inkişaf etdirmək və Azərbaycanı biznesin aparılması üçün əlverişli şəraitə və cəlbedici vergi rejiminə malik ölkə kimi tanıtmaq olub".
Onun sözlərinə görə, Azərbaycan həyat və istirahət üçün komfort şərait yaratmağa çalışır:
"Təhsilə investisiya qoyuluşuna mühüm diqqət yetirilir. İnanırıq ki, insan kapitalı və onun keyfiyyəti ölkənin müasir dünyada yerini müəyyənləşdirir və bu tendensiya daha da güclənəcək".
Nəzrin Vahid