Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazir: "Ermənistanın militarizasiya siyasəti müdafiə qabiliyyətimizi daha da artırmağı labüd edib"
"Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab vermək ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını, ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılmasını labüd edib".
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, xalqımızın rifahının yaxşılaşdırılması ənənəvi olaraq prioritet təşkil edir:
"Sosialyönümlü xərclər 2025-ci il dövlət büdcəsində də əsas götürülüb. Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinətlər xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Sosial təminat və sosial müdafiə xərclərinə 2024-cü illə müqayisədə 9,6 % artıq vəsait ayrılacaq".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Şöbə müdiri: "Azərbaycanda uşaqların 15 faizi nikahdankənar doğulur"
- Nazir müavini: "Boşanmaya müraciət edənlərin 20 faizi psixoloqa müraciətdən sonra fikrini dəyişir"
- Sahibə Qafarova Gürcüstanın baş naziri ilə görüşüb
- Milli Məclis İsveç parlamentinin bəyanatını rədd edib
- Deputat: "Son 200 ildə ermənilər və havadarları azərbaycanlılara etnik təmizləmə siyasəti aparıb"