“Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məhərrəm Əsgərov və “Balxurma” MMC-yə rezident statusu verilib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabındakı paylaşımında qeyd edib.
“Rezidentlər tərəfindən 61,1 hektar sahədə investisiya həcmi 640 min manat olan intensiv meyvə bağları salınacaq, 13 nəfər daimi, 112 nəfər isə mövsümi işlə təmin ediləcək”, - deyə nazir əlavə edib.
Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məhərrəm Əsgərov və Balxurma MMC yə rezident statusu verilib. Rezidentlər tərəfindən 61,1 hektar sahədə #investisiya həcmi 640 min ₼ olan intensiv meyvə bağları salınacaq, 13 nəfər daimi, 112 nəfər isə mövsümi işlə təmin ediləcək.… pic.twitter.com/mlQiudM6cP
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 26, 2023