"Sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı limit artırıla bilər".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, layihə hazırda dövlət orqanları ilə müzakirə edilir:
"Sadələşmiş vergi məsələsi üzrə işlər davam edir. Hazırda hökumətdə müzakirə olunan layihələrdən biri də 200 min manatlıq limitin artırılmasıdır. Yeni mexanizm təklif edilir. Əgər sadələşdirilmiş vergi ödəyicisi öz dövriyyəsinin bəlli hissəsini nağdsız əməliyyatlarla icra edirsə, onda onun limiti 50 faiz artırıla bilər. Bu təklif var, vergi orqanları ilə nazirlik tərəfindən müzakirə aparılır".
Mərahim Nəsib