Keçmiş illərin nə qədər debitor borcu bağlanıb?
30 iyn, 2026 / 12:16 521

Keçmiş illərin nə qədər debitor borcu bağlanıb?

İqtisadiyyat
Maliyyə naziri: "İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür"
30 iyn, 2026 / 12:06 475

Maliyyə naziri: "İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür"

İqtisadiyyat
Ötən il investisiya xərcləri az icra olunub? - NAZİRDƏN AÇIQLAMA
30 iyn, 2026 / 12:00 406

Ötən il investisiya xərcləri az icra olunub? - NAZİRDƏN AÇIQLAMA

İqtisadiyyat
Parlament dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi
30 iyn, 2026 / 11:25 593

Parlament dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi

İqtisadiyyat
Müzəffər Azərbaycan Ordusu: Müstəqilliyin və suverenliyin əsas qarantı - FOTO Foto
26 iyn, 2026 / 11:12 982

Müzəffər Azərbaycan Ordusu: Müstəqilliyin və suverenliyin əsas qarantı - FOTO

Cəmiyyət
Hesablama Palatası: "Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib"
15 iyn, 2026 / 14:26 213

Hesablama Palatası: "Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib"

İqtisadiyyat
Hesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"
15 iyn, 2026 / 13:06 443

Hesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"

İqtisadiyyat
Hesablama Palatasının sədri şəffaflığın artırılması üçün HANSI TƏKLİFLƏRİ VERDİ?
12 iyn, 2026 / 13:48 795

Hesablama Palatasının sədri şəffaflığın artırılması üçün HANSI TƏKLİFLƏRİ VERDİ?

İqtisadiyyat
2025-ci ilin dövlət büdcəsi necə icra olunub? - Qanun layihəsi qəbul edildi
12 iyn, 2026 / 13:23 252

2025-ci ilin dövlət büdcəsi necə icra olunub? - Qanun layihəsi qəbul edildi

Siyasət
Güzəştli ipoteka kreditləri üçün NƏ QƏDƏR VƏSAİT AYRILIB?
12 iyn, 2026 / 12:56 1507

Güzəştli ipoteka kreditləri üçün NƏ QƏDƏR VƏSAİT AYRILIB?

İqtisadiyyat
Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manatdan çox üstələyib
12 iyn, 2026 / 12:36 146

Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manatdan çox üstələyib

İqtisadiyyat
Sahil Babayev: "2025-ci ildə adambaşına düşən ÜDM artaraq 12.6 min manat olub"
12 iyn, 2026 / 12:28 386

Sahil Babayev: "2025-ci ildə adambaşına düşən ÜDM artaraq 12.6 min manat olub"

Siyasət

"Dövlət büdcəsi - 2025" teqi üzrə xəbərlər

2025-ci il və ortamüddətli dövr üçün budcə siyasəti aşağıdakı əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilmişdir:

1. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;

2. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi;

3. Ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi;

4. NMR Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası;

5. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi;

6. Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması.

2025-2028-ci illərdə makro-fiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanmışdır. 

Növbəti ilin büdcə hesablamalarında neftin qiyməti 70 dollar götürülmüşdür.

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667 milyon manat proqnoz edilir. 

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4%-dir.

Makroiqtisadi proqnozlara əsasən 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5%, qeyri-neft sektoru üzrə 4,9%-lik real artım tempi proqnozlaşdırılır. 

Ortamüddətli dövrdə isə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempi 5% proqnozlaşdırılır.   


2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır.

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcəkdir.Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43%-ni təşkil edir.

2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcəkdir. Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulmuşdur. 

Ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması üçün zəruri maliyyə təminatının yaradılması xüsusi önəm daşıyır.

2025-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin ~17%-in təşkil edir.  

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.2025-ci ildə iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulmuşdur.