Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda gələn il su təsərrüfatına büdcədən 546 milyon manat xərclənəcək
"2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
"Su təsərrüfatında yaranmış problemlərin həlli su resurslarının məhdudluğu şəraitində hökumət qarşısında duran ciddi vəzifələrdən biridir. Prezident oktyabrın 10-da "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nı təsdiq edib. Sənəd 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutur", - deyə o qeyd edib.
"Dövlət büdcəsi - 2025" teqi üzrə xəbərlər
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 45 yol layihəsi icra edilir
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılmasının məqsədi açıqlanıb
- İSF-nin 2025-ci il üçün büdcə layihəsi III oxunuşda qəbul edilib
- Naxçıvana dotasiyanın məbləği 35 milyon manata yaxın azaldılır - SƏBƏB
- Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlanacaq