Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident İlham Əliyev AAYDA-ya 1,5 milyon manat ayırdı
Prezident İlham Əliyev Bərdə rayonunun Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, sərəncamla on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə sərəncamda göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq həvalə olunub.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır
- Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - "Kaspi"nin TƏHLİLİ
- Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşıb
- İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi