Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avropada qaz anbarlarında ehtiyatlar son üç ildə ilk dəfə 37%-ə düşüb
Avropanın yeraltı qaz anbarlarında (YQA) qaz ehtiyatları 37%-ə enib. Bu son üç ilin ilk belə halıdır. Eyni zamanda, mart ayında YQA-dan qaz çıxarılması sürəti keçən ilin eyni dövrü ilə müqayisədə 60% artıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumat yayıb.
Qeyd olunur ki, cari həftə ərzində YQA-dan qaz çıxarılması istiləşmənin başlaması ilə əhəmiyyətli dərəcədə azalıb. İstiləşmə mövsümünün əvvəlindən bəri, YQA-dan net çıxarılma (çıxarılma və doldurma arasındakı fərq) təxminən 65 milyard kubmetr təşkil edir.
5 mart tarixində Aİ ölkələrindən YQA-dan qaz çıxarılması 328 milyon kubmetr olub. Doldurma isə 43 milyon kubmetr artıb. Cari istilik mövsümündə qaz ehtiyatlarının yüksək sürətlə istehlakı fonunda YQA-dakı ümumi qaz həcmi martın əvvəli üçün bütün müşahidələr tarixində yalnız yeddinci ən yüksək həddədir - 41.1 milyard kubmetr.
Avropanın yeraltı qaz anbarlarından qaz paylanması keçən mövsüm 31 mart 2024-cü ildə başa çatıb. Həmin vaxt anbarlarda 58.44% ehtiyat qalmışdı (bu, müşahidələr tarixində rekord nəticədir).
Hazırda Avropanın YQA-ları 37.17% doludur (son beş ilin ortalama göstəricisindən 11.21 faiz bəndi aşağı), bu isə nisbətən yalnız keçən ilin payız-qış mövsümünün sonu ilə müqayisədə deyil, 2010-2011, 2011-2012, 2013-2014, 2018-2019, 2019-2020 və 2022-2023 illərinin istiləşmə mövsümlərinin sonu ilə müqayisədə də aşağıdır.