Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta fondunun (İSF) 2025-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirə edilərək III oxunuşda qəbul olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 260.7 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 9.5% çoxdur.