Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib
Aprelin 2-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 110 nəfərdən ibarət 28 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Sarıcalı kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
Keçmiş məcburi köçkünlərin bir qrupu Bakının Qaradağ rayonundan Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Sarıcalıya 28 ailə (110 nəfər) köçürülür.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 28 ailə - 110 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
- Ağdam rayonunun Kəngərli kəndinə köçən 50 ailəyə mənzillərinin açarları təqdim edildi
- Kəngərli sakini: "Bu günü həsrətlə gözləyirdik"
- Kəngərliyə qayıdan keçmiş məcburi köçkün: "Sevincli və qürurlu anlar yaşayıram"
- Keçmiş məcburi köçkün: "Ağdama qayıdacağımıza ümidimi üzsəm, ölərdim"