"Bu gün investorlara təkcə imkanlar deyil, həm də layihələrin tez və səmərəli şəkildə həyata keçirilə biləcəyi platformalar lazımdır".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib.
Nazir qeyd edib ki, Ələt regionun strateji logistika mərkəzi kimi formalaşır:
"Ələt Azad İqtisadi Zonası yalnız müasir infrastruktur, rəqabətədavamlı stimullar və Bakı Beynəlxalq Dəniz Limanına yaxınlığı ilə əlverişli şərait yaratmır, həm də artıq yeni Ələt Karqo Hava Limanı investisiyasına - özəl sektor tərəfindən həyata keçirilən yüz milyonlarla dollarlıq layihəyə ev sahibliyi edir. Eyni zamanda, zona Azərbaycanın Orta Dəhliz boyunca strateji mövqeyini daha da gücləndirir".