Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir müavini bahalaşmanın səbəbini açıqladı
Azərbaycanda məhsulların qiymətinin artmasına səbəb idxal məhsullarıdır.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
“İstehsalda o malların qiymətində artım müşahidə edilir ki, onların hazırlanması üçün lazım olan xammal idxal edilir. Eyni zamanda daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdəndir”, - deyə Sevinc Həsənova əlavə edib.
Sevinc Həsənova qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, bu il dünyada qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatıb:
“Odur ki, ölkəyə idxal olunan məhsulların qiymətlərində artımlar olmalıdır”.
O bildirib ki, 2022-ci ildə qiymət artımı səngiyəcək.
Nazir müavini rəqabət mühitinin qorunub saxlanılmasının vacibliyini də vurğulayıb.
"BMT" teqi üzrə xəbərlər
- BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
- Rəsmi Bakının antikolonial çıxışları: Fransa prezidentinin əsassız iddiası
- Direktor: "Fransa dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin əks-sədasından narahatdır"
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 2024: İlklər və uğurlar ili