Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazir müavini: “Cərimə sanksiyalarının tətbiqi pozuntu törədə biləcək oyunçuları xəbərdar etməkdir”
“Rəqabət orqanının cərimə sanksiyaları tətbiq etməsinin məqsədi pozuntu törədə biləcək oyunçuları xəbərdar etməkdir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirdiyi Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə deyib.
“Ticarət təcrübəsində elə hallar olub ki, bazar subyekti pozuntu halı törədib və məsuliyyət həddi bildirildikdən sonra həmin pozuntu aradan qaldırılıb”, - E. Əliyev bildirib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzər Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, Rəqabət Məcəlləsi kiminsə şəxsi marağı üçün deyil, ölkəmizin iqtisadi inkişafı üçün tərtib edilib.
Xidmət rəisi bildirib ki, iqtisadi siyasətin məqsədi ölkədə rəqabət əsasında dayanıqlı iqtisadi inkişafı təmin etməkdir.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
- Azərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin adları açıqlanıb
- Dövlət xidməti: "Baku Electronics" keyfiyyətsiz malın qaytarılmasını təmin etməyib"