Bu ilin ilk yarısında Azərbaycanın neft sektorundan vergi daxilolmaları 33,6% azalıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərovun sözlərinə görə, qeyri-neft sektorunda vergi daxilolmaları artıb:
“Neft sektorundan fərqli olaraq, qeyri-neft sektorundan daxilolmalar 9,4% artıb”.
Bununla yanaşı bildirilib ki, cari ilin ilk yarısında neft sektorundan büdcə daxilolmaları 21,8%, qeyri-neft sektoru isə 78,2% olub.
Nazir müavini vergi sistemində yeni dəyişikliklər olacağının da mesajını verib:
“Payızda vergi sistemində böyük dəyişikliklər olacaq və yanvarın 1-dən qüvvəyə minəcək”.
Ülviyyə R. Əli
www.oxu.az