“Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 145,9 milyon manat güzəştli kredit ayrılıb”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2 726 layihə üzrə 145,9 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb”.
2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) ümumilikdə 2.726 layihə üzrə 145,9 mln. ₼ #güzəştlikredit ayrılıb. Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta #sahibkarlıq subyektlərinə ayrılıb.#EconomyAz pic.twitter.com/92DrKM9Gfa
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 31, 2023