“Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində hesabında bildirib.
“2023-cü ilin üç rübünün yekunlarına əsasən, sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9% olub”, - deyə nazir paylaşımda bildirib.
2023-cü ilin 3 rübünün yekunlarına əsasən #sənayezonaları-nın ölkə sənayesinin #qeyrineft sektorunda xüsusi çəkisi 17,9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9% olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə #ixrac edilib.… pic.twitter.com/l7CQcah7GH
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 24, 2023