"2018-2025-ci illərdə icra olunan sosial islahat paketi, o cümlədən orta aylıq pensiyanın 2.6 dəfə, sosial müavinətlər üzrə ayrılan illik vəsaitin 5 dəfə artması, habelə əmək bazarının leqallaşdırılması istiqamətində görülmüş birgə tədbirlər nəticəsində sosial rifahın yüksəlməsi ilə yanaşı iqtisadi iştirakçılıq artıb".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, turizm və tikinti sektoru üzrə önəmli layihələr icra olunub:
"Ötən illər ərzində ÜDM-in formalaşmasında mühüm rola malik olmuş tikinti sektorunun canlandırılması istiqamətində mühüm addımlar atılır. "Sea Breeze" turizm zonasının yaradılması və Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding"i ilə imzalanmış sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir şəhərsalma layihəsi tikinti sektorunun böyüməsinə xidmət etməklə yanaşı, turizm və xidmətlər sektorunun inkişafına stimul verəcək".
Məhərrəm Əliyev