İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov arasında keçirilmiş görüşdə SOCAR və “Tatneft” arasında əməkdaşlığın perspektivləri, energetika sahəsində həyata keçirilən layihələr və təcrübə mübadiləsi üzrə imkanlar müzakirə edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ölkələrimiz arasında energetika sahəsi üzrə geniş əlaqələri vurğulayıb, tərəfdaşlığın inkişaf potensialı barədə fikir mübadiləsi aparıblar.
17:44
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Tatneft” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə görüşüb.
Bu barədə nazir öz “Twitter” hesabında məlumat yayıb.
“Görüş zamanı biz SOCAR və “Tatneft” arasında əməkdaşlığın perspektivlərini, həyata keçirilən enerji layihələrini və təcrübə mübadiləsini müzakirə etdik”, - deyə nazir bildirib.
Tatneft Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (@SOCARofficial) prezidenti Rövşən Nəcəf (@RovshanNajaf) ilə görüş zamanı #SOCAR və Tatneft arasında əməkdaşlığın perspektivləri, #energetika sahəsində həyata… pic.twitter.com/cPcyifAOEA
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 5, 2023