Son beş-altı ayda Rusiyadan Türkiyəyə idxal olunan qazın həcmi 8% azalıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
Bundan başqa, nazir qeyd edib ki, lirənin dollar qarşısında ucuzlaşması qazla bağlı məsələlərdə büdcəyə əlavə xərc yaradır.
“Bu məsələlərdə əlavə olaraq, 11 milyon lirə və ya 3 milyard 82 milyon dollar vəsait xərclənməlidir” - deyə, Taner Yıldız qeyd edib.
Nazir əlavə edib ki, Türkiyə “Türk Axını” layihəsi ilə bağlı hökumətlərarası razılaşmanın layihəsini Rusiyaya göndərib:
“Qarşı tərəfin cavabını gözləyirik” - deyə, Yıldız əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az