Türkiyənin BOTAŞ və Rusiyanın Qazprom şirkəti “Türk Axını” layihəsi ilə əlaqədar təbii qazın qiymətində razılığa gələ bilməyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Bloomberg agentliyi yayıb.
Agentliyin məlumatına görə, ölkələr arasında 6 aydır davam edən danışıqlar nəticə verməyib.
Bu səbəbdən “Türk Axını” layihəsinin imzalanmasının ən azı oktyabr ayına qədər təxirə salındığı bildirilir.
Xatırladaq ki, hazırda Türkiyə Rusiyada 10 milyard dollar dəyərində qaz idxalı ilə bu ölkədən qaz alan ikinci ölkədir.
Qeyd edək ki, Cənub Axını layihəsinin ləğvindən sonra Rusiya prezidenti V.Putin Türk Axını layihəsi ilə bağlı 2014-cü ilin dekabr ayında açıqlama vermişdi.
Onu da əlavə edək ki, “Türk Axını” kəməri ilə nəql ediləcək qazın həcminin illik 63 milyard kubmetr olacağı proqnozlaşdırılır.
Ülviyyə R. Əli
www.oxu.az