Ekstravaqant müğənni-bəstəkar Elza Seyidcahan bu dəfə də insanları geyimi ilə təəccübləndirməyi bacarıb.
Oxu.Az xəbər verir ki, “Azərbaycanın səsi” müsabiqəsində münsif olan əməkdar artist başında açılmış gül əks olunan maraqlı libası ilə kürsüdə öz yerini alıb.
Qeyd edək ki, həmin geyim tanınmış modelyer Leyla Əhmədova tərəfindən hazırlanıb.
Aytən Sadıqzadə
www.oxu.az