2015-ci ilin ilk beş ayı ərzində Azərbaycan 2 milyon 671.42 min dollar dəyərində süd idxal edib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 271,69 min dollar və ya 9,2% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yanvar-may ayları üzrə açıqladığı hesabatda bildirilir.
Komitə qeyd edir ki, 2015-ci ilin ilk beş ayında süd idxalının ümumi idxalda payı 0,07 % təşkil edib.
2014-cü ildə idə bu rəqəm 90.77% olub.
Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-may ayları üzrə hazırladığı statistik məlumatlara görə isə ölkədə süd istehsalı 2014-cü ilin anaolji dövrü ilə müqayisədə 4,4 % artıb.
Beş ayda Azərbaycan 786,1 min ton süd istehsal edib.
Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov isə bildirir ki, Azərbaycanın yerli istehsalı tələbatın 53%-ni təmin edir.
Onun sözlərinə görə, Azərbaycanda adambaşına süd istehsalı 193 kiloqram təşkil edir.
"MDB ölkələri sırasında adambaşına 703 kiloqram süd istehsal edərək Belarusiya birinci yerdə, Kazaxıstan 287 kiloqramla ikinci, Ukrayna 253 kiloqramla üçüncü yerdədir" - deyə, o əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az