İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə türk şirkətlərini ölkəsinə dəvət edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə bir təklifi İran naziri Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçi ilə görüşündə bildirib.

“Uyğun bildiyiniz sahələr üzrə sizinlə görüşməyə hazırıq. Sizinlə ortaq olmaq istəyən İranlı şirkətlər üçün də kömək ola bilərik. Beləcə iki ölkə arasında yeni dönəm başlaya bilər” - deyə, iranlı nazir deyib.
Nazir yalnız qısamüddətli mal satışları ilə deyil, uzunmüddətli investisiyalara da açıq olduğunu vurğulayıb.
Bundan başqa, Nemətzadə enerji, infrastruktur, nəqliyyat, turizm, sənaye kimi sahələrdə ortaq addımlar atıla biləcəyinin mümkünlüyündən danışıb.
Sənaye, mədən və ticarət naziri türk şirkətlərinə sanksiyalar dönəmində İranla əməkdaşlıq etdikləri üçün də təşəkkür edib.
Ülviyyə R. Əli
www.oxu.az