Dünyada qaz və neft ixrac edən ölkələr Azərbaycan, Qətər, Şimali İraq və digər ölkələrlə aparılan danışıqlar nəticəsində yaxın illər ərzində Rusiyadan olan enerji asılılığımızı minimuma enəcək.
Oxu.Az TRT Haber-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin iqtisadiyyat naziri Mustafa Əlitaş bildirib.
Onun sözlərinə görə, Azərbaycan böhran yaşandığı andan etibarən Türkiyəyə dostluq və qardaşlığını göstərib.
O, Rusiya sərhədində gözlədilən Türkiyəyə məxsus 300 TIR-ın təhlükəsiz bir şəkildə sərhədi keçdiyi üçün Azərbaycanın prezidenti İlham Əliyevə təşəkkür edib.
Əlitaş Azərbaycan son ziyarətində Türkiyə-Azərbaycan tranzit keçidlərində inkişafın olduğunu qeyd edərək bildirib ki, Türkiyə-Azərbaycan nəqliyyat tariflərində 40% endirim edilib:
“Yeni tariflər yaxın zamanda, yəni bu həftədən etibarən tətbiq edilə bilər. Viza ilə bağlı problemlər də var idi, bu məsələlər də düzələcək”.
Ülviyyə R. Əli
www.oxu.az