Bu ilin iki ayında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 % artaraq 12 milyard 419 milyon 700 min manat olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.
Nazir qeyd edib ki, bu, ölkəmizdəki dayanıqlı iqtisadi artıma yönələn tədbirlərin nəticəsidir.
Nazir əlavə olaraq iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların təşviqi ilə bağlı görülən işlər barədə də məlumat verib.
Qeyd edib ki, görülən işlər qeyrineft-qaz sektoru üzrə ÜDM-ə müsbət təsir göstərib.“Bu göstərici cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 9.689,9 milyon manata çatıb”, - deyə nazir qeyd edib.