“Bu ilin ilk rübündə ölkəmizin xarici ticarət əlaqələrində də müsbət dinamika qeydə alınıb”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabındakı paylaşımında qeyd edib.
“2021-ci ilin ilk rübü ilə müqayisədə xarici ticarət dövriyyəsi 63,6% artaraq 10,91 milyard dollar, ixrac 92,9% artaraq 7,98 milyard dollar, idxal isə 15,6% artaraq 2,93 milyard dollar olub. Xarici ticarət saldosu 3,15 dəfə artıb və müsbət 5,05 milyard dollar təşkil edib”, - deyə nazir qeyd edib.
Bu ilin ilk rübündə ölkəmizin #xariciticarət əlaqələrində də müsbət dinamika qeydə alınıb. 2021-ci ilin ilk rübü ilə müqayisədə xarici ticarət dövriyyəsi 63,6% artaraq 10,91 mlrd. dollar, #ixrac 92,9% artaraq 7,98 mlrd. dollar,
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2022
1/2