Mədəniyyət və Turizm Nazirliyi mart ayında Bakı şəhərində fəaliyyət göstərən 5 mehmanxanaya dərəcə sertifikatları verib.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə nazirlik mehmanxanaların təsnifatını aparır.
Ay ərzində “Sheraton Baku Airport” mehmanxanasına 5, “Teatro Boutique Hotel”, “Lake Palace”, “Atrium” və “Qorqud” mehmanxanalarına isə 4 ulduz verilib.
Qeyd edək ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78-ə çatıb.