Havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə ehtimalının artması nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.
Oxu.Az xəbər verir ki, ETSN ilə Fövqəladə Hallar Nazirliyinin birgə tərtib etdiyi tədbirlər planına uyğun olaraq meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilib.
Yanğın təhlükəsi gözlənilən ərazilərdə 658 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqlar çəkilib və əvvəlki illərdə çəkilmiş 563 kilometr köhnə zolaqlar təmir edilib.
Həmçinin, meşə yanğınlarına qarşı 79 hektar sahədə budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət olunmasına dair fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb, maarifləndiri cilövhələr quraşdırılıb.
Nazirlik havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
Ülviyyə R. Əli
www.oxu.az