2015-ci ilin fevral ayında 1504 əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkarlanıb.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, belə hallar əsasən iqtisadiyyatın özəl sektoruna aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sektorlarında baş verib. Həmin sektorlar üzrə sahibkarlar müvafiq olaraq cərimələniblər.
“Cərimələrin 35,1%-i, yəni 109 412 manatı dövlət büdcəsinə ödənilib”- nazirliyin məlumatında deyilir.