"SOCAR Karbamid zavodunda "Digital Lighthouse" hədəfi çərçivəsində görülən işləri vurğulamaq istərdim".
Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsallaşdırma keyfiyyəti artırsa da, qurumları yeni çağırışlarla üz-üzə qoyur:
"Buna görə də SOCAR-da bu istiqamətdə Mərkəzləşdirilmiş Təhlükəsizlik Əməliyyatları Sistemi qurulmaqdadır".
Aqil Vəlili