Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazirlik spirtli içki istehsalçılarına xəbərdarlıq etdi
Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz-nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, spirtli içki istehsalçılarına və satıcılarına sonuncu dəfə xəbərdarlıq edilərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmaları bildirilib:
“Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırılır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir”.
L.Ə.
www.oxu.az