Fermerlər 70% güzəştlə gübrə əldə edə bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən verilib.
Anbarlarda kifayət qədər mineral gübrə ehtiyatı vardır. Mineral gübrələrin 70% güzəştlə satış qiymətləri aşağıdakı kimidir:
“1. Ammonium nitrat – 1 tonu 130 manat, yaxud kisəsi 6,5 manat; 2. Superfosfat – 1 tonu 156 manat, yaxud 1 kisəsi 7,8 manat; 3. Kalium sulfat – 1 tonu 194,7 manat, yaxud 1 kisəsi 9,8 manat; 4. Nitroammofoska – 1 tonu 184,2 maqnat, yaxud 1 kisəsi 9,2 manat; 5. Ammofos – 1 tonu 212,4 manat, yaxud 1 kisəsi 10, 6 manat”- deyə, nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, bu məqsədlə fermerlər mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahələrinin təsdiq olunmuş sənədlərini “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarına təqdim etməlidirlər.
www.oxu.az