Martın 14-15-də Heydər Əliyev Sarayında “KEvents group”un təşkilatçılığı ilə dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf geniş konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Sarayında iki gün davam edəcək konsertin biletlərini şəhərin kassalarından əldə etmək mümkündür.
Tehranda dünyaya göz açan əslən azərbaycanlı olan Sami Yusufun Bakıda ilk konserti 2006-cı ildə keçirilib.