Son 8 ildə Vergilər Nazirliyinə işə qəbulla əlaqədar 10 minə yaxın müraciət olunub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, vergilər nazirliyində işə qəbulla əlaqədar təşkil olunmuş müsabiqədə iştirak üçün 2005-ci ildən bu günədək ümumilikdə 9261 nəfər müraciət edib.
Onlardan 7982-nəfərinin müsabiqədə iştirak üçün sənədləri qəbul edilib.
Ümumilikdə müsabiqəsində 1072 nəfər müvəffəqiyyət qazanıb. Müsabiqədə uğur qazanan 1072-nəfərdən 814-dü Vergilər Nazirliyində işlə təmin olunub.