2015-ci ilin aprel ayı ərzində vergi orqanlarına cəmi 9028 müraciət daxil olub ki, onlardan da 97,4%-i ərizə, 2,5%-i şikayətdir.
Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlik bildirir ki, müraciətlərin 42,1%-i kameral vergi yoxlamaları, 29.6.%-i müxtəlif arayışların alınması, 8,2%-i vergi borcları, 1,8%-i səyyar vergi yoxlamaları, 1,4%-i operativ vergi nəzarəti, 0.5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 16,2%-i isə digər məsələlərlə bağlı olub.
Ümumilikdə müraciətlərin 64,1%-i müsbət həll olunub, 19,2%-i üzrə müvafiq izahatlar verilib, 2,7%-i əsassız sayılıb, 0,7%-i qismən həll olunub, 0,4%-i aidiyyəti üzrə göndərilib, 12,7%-i icradadır.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nazirliyin aparatına 33 müraciət, o cümlədən 19 ərizə, 13 şikayət və 1 təklif daxil olub.
2015-ci ilin aprel ayı ərzində Vergilər Nazirliyinin aparatının müvafiq struktur bölmələrinin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 133 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Ülviyyə R. Əli
www.oxu.az