ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,26 dollar və ya 6,07% ucuzlaşaraq 34,96 dollar olub.
Oxu.Az oil-price.net-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,05 dollar və ya 2,92% azalaraq 34,92 dollar təşkil edib.
Qeyd edək ki, sonucu dəfə neftin qiyməti bir barel üçün 34 dollar 11 il əvvəl olub.
E.Ə.
www.oxu.az