Dünya birjalarında Brent markalı neftin qiyməti 56 dolları keçib.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1.40 dollar bahalaşaraq 1 barelə görə 50.72 dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.76 dollar bahalaşaraq 56.86 dollar olub.