Dünya birjalarında Brent markalı neftin qiyməti 59 dolları keçib.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 2.32 dollar bahalaşaraq 1 barelə görə 51.78 dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 4.87 dollar bahalaşaraq 59.87 dollar olub.